6 ayın ən böyük artımı:“Səfərbərlik” sözləri buğdanın qiymətini pik həddə çatdırdıbackend

6 ayın ən böyük artımı:“Səfərbərlik” sözləri buğdanın qiymətini pik həddə çatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putinin qismən səfərbərlik elanının yaratdığı gərginliklə əmtəə bazarında buğda qiymətinin mart ayından bəri ən sürətli yüksəlişi qeydə alınıb. Bu addım taxıl dəhlizi sazişi ilə bağlı qeyri-müəyyənliyi aşkara çıxarmaq kimi qiymətləndirilib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, gərginliyi artıran Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik açıqlamaları ilə buğda yüzdə 1,6 artdı. Putinin xalqa müraciətində elan etdiyi “qismən səfərbərlik” Donetsk və Luqansk vilayətlərinin ilhaqı üçün ehtiyatda olan hərbçilərin dərhal cəlb edilməsi deməkdir.

Onu da qeyd edək ki, fevralın son həftəsində Rusiyanın Ukraynaya başlatdığı hücum buğda və digər kənd təsərrüfatı məhsullarının qiymətini rekord həddə çatdırmışdı.

//Safura Bənnayeva, Editor.az