İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: “Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib”.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.