Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı D. Tramp ölkəsinin Rusiyaya koronavirusla mübarizədə yardım etməyə hazır olduğunu bildirib.
Eyni zamanda, D. Tramp ABŞ-ın təkcə Rusiyanın deyil, Çinin də daxil olduğu silahlanma üzərində nəzarətə bağlılığını bəyan edib.