İyunun 4-də Bakının Xətai rayonu, Bağırova küçəsi, 30/12 ünvanında yaşayan 14 yaşlı Ləman Mahmudova itkin düşüb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məktəbli qız saat 16:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Hazırda əməliyyatçılar yeniyetmənin yerini müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, son sutka ərzində daxili işlər orqanlarının əməkdaşları altı oxşar hadisəni qeydə alıblar.
//Olke.az