“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Editor TV-nin “Gündəm müzakirəsi” proqramında Fərid Şahbazlının qonağı olub. Proqramda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyə səfəri, ortaq media platformasının yaradılması ilə bağlı qəbul olunan qərar, eyni zamanda Azərbaycan mediasının durumu müzakirə olunub.