“BakuBus” avtobusu qəzaya uğrayıb.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib.
Bildirilir ki, qəza Neftçilər prospekti, “Park bulvar”ın qarşısında baş verib.
“BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.