Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbua katibi Dmitri Peskov bildirib.
“Zaqafqaziyadakı vəziyyət Qarabağdakı vəziyyətin inkişafına vurğu edilərək müzakirə edildi”, – Peskov deyib.
Onun sözlərinə görə, iclasda Qarabağdakı vəziyyətlə yanaşı, Avropadakı faciəvi hadisələr və digər məsələlər müzakirə olunub.