Qış mövsümündə bir çox xəstəliklər özünü biruzə verməyə başlayır. Soyuqdəymə zamanı ən tez əmələ gələn öskürək isə ən gec keçən simptomdur.
Editor.az axşam.az-a istinadən ev şəraitində öskürəkdən xilas olmağın yollarını təqdim edir:
Ballı süd
Südə bal əlavə olunarsa, öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir.
Soğan suyu
Təzə soğanın sıxılmış suyu bir qaşıq balla qarışdırılıb içilməlidir. Bu qarışım ən effektiv üsullardan biridir.
Mayenin qəbul edilməsi
Boğaz və bronx qişasına qan axını stimullaşdırmaq üçün öskürək olduqda kifayət qədər maye içmək vacibdir. Bitki çayları, bəlğəmin incəldilməsi və öskürəyin asanlaşdırılması üçün idealdır.