Mixail Saakaşvili törətdiyi cinayətlərə görə layiqli cəzasını alacaq və cəzasını Gürcüstanda çəkəcək.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
“Saakaşvilini Ukraynaya qaytarmağı tələb edirlər? Cəzasını çəksin və sonra istənilən ölkəyə getsin. Tam məsuliyyətimlə deyirəm: Saakaşvili cəzasını bütünlüklə çəkəcək”, – deyə baş nazir bildirib.