“Avroviziya-2022” mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli final öncəsi gözlənilməz addım atıb.
Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, müğənni imicini dəyişib.
Buruq saçlarını kəsdirən təmsilçimiz yeni görkəmini İnstaqram izləyiciləri ilə paylaşaraq “Dəyişikliyin gücünə etinasız yanaşmayın”, – deyə qeyd edib.
Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı keçiriləcək. Müsabiqənin qalibi 26 ölkə iştirakçısı arasından seçiləcək. Səhnəyə 15-ci çıxacaq Nadir Rüstəmli ölkəmizi “Fade to black” mahnısı ilə təmsil edəcək.