Avropada tüğyan edən və meşə yanğınlarına səbəb olan istilər Şimali Afrikaya da ayaq açdı. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeşdə dörd fərqli yerdə meşə yanğını baş verib. Ölkənin Laraçe və Ouzzane bölgələrində 500-dən çox ailə təxliyyə edilib. Sözügedən bölgələrdə bir hektardan çox meşə külə dönüb. Hökumət tərəfindən verilən açıqlamaya görə, hələ ki yanğınlar zamanı ölən və yaralananlar yoxdur.
//Nəzərbəy Hacıağayev, Editor.az