Saki Hərbi Hava Limanında baş verən partlayışdan sonra hadisənin peyk fotoları ortaya çıxıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, çəkilən fotolardan məlum olub ki, partlayışlardan sonra ən azı 8 təyyarə məhv edilib, böyük bir ərazi yanıb.
Partlayışların Ukraynanın hücumu nəticəsində baş verdiyi xəbərindən sonra Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı rəsmi açıqlama verib: “CET 15:20 radələrində Saki aviabazasının ərazisində bir neçə aviasiya silahı partlayıb. Novofyodorovka qəsəbəsi və nəticədə anbar sahəsi uçub.Məlumata görə, paketlənmiş sursatların partladığı ərazidə yanğının təsiri olmayıb”.
//Gülnarə Abasova, Editor.az