İran Prezidenti İbrahim Rəisi Nyu Yorkda CNN-nin müxbirinə müsahibə verməkdən imtina edib.
Bu barədə kanalın əməkdaşı Kristian Amanpur özü məlumat verib.
O, bunun Rəisinin absurd istəyi ilə əlaqəli baş verdiyini deyib:
“Prezidentin köməkçisi bildirdi ki, hicab bağlamasam, müsahibə olmayacaq. Mən isə nəzakətlə bundan imtina etdim və bildirdim ki, biz hicabla bağlı heç bir qanun və ənənənin olmadığı Nyu Yorkdayıq”.
Baku Post