Ən varlı rusların sərvəti ilin əvvəlindən 10,4 milyard dollardan çox artıb.
Editor.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Bloomberg Billionaires Index-in məlumatına görə, ən çox “Lukoyl”un təsisçisi və əsas sahibi Vahid Ələkbərovun sərvəti artıb. İlin əvvəlindən 2,43 milyard dollar qazanan və reytinqdə 91-ci yeri tutan sərvətini 17,8 milyard dollara çatdırıb. Ən zəngin rusiyalılardan digəri isə “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov sərvətini 20,2 milyard dollara çatdıraraq ilin əvvəlindən 1,54 milyard dollar qazanıb və 78-ci yerdə qərarlaşıb. NLMK İdarə Heyətinin sədri Vladimir Lisin də sərvətini 20,8 milyard dollara çatdıraraq reytinqdə 76-cı yerdə qərarlaşıb və ilin əvvəlindən 905 milyon dollar qazanıb.
Daha əvvəl “Vedomosti” Rusiyanın onlayn təhsil bazarında biznes gəlirlərinin artım tempinin 2022-ci ildə 70%-dən 17,9%-ə düşdüyünü yazmışdı. Əgər 2021-ci ildə ən yaxşı 100 edtech şirkətinin gəliri illik müqayisədə 70% artıbsa, 2022-ci ildə bu rəqəm 17,95%-ə düşüb.
//Gülnarə Abasova, Editor.az