Donbas separatçılarının rəhbəri, terrorçu İqor Strelkov-Qirkin NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın Alyansa üzvlük məsələsinin praktiki olaraq həll olunduğu barədə bəyanatına görə qəzəblənib.
Editor.az bildirir ki, onun sözügedən bəyanata reaksiyası ani olub və onun Telegram kanalında görünüb. Qirkin bildirib ki, Ukrayna “tamamilə məhv edilməlidir”. Bu, “Kremlin isteriya həddinə qədər çatdığını başa düşmək və qəbul etmək istəmədiyinin daha bir əyani təsdiqidir.
Ukrayna bir dövlət kimi məhv edilməlidir. Tamamilə! Əks halda, onlar Rusiyanı öldürəcəklər. Eyni zamanda, oradakı ortabab və meqaoğru hökmdarları da məhv etmək lazımdır”, – Qirkin deyib.
//Samir Qurbanov,Editor.az