Ermənilər Azərbaycan sərhədini atəşə tutdular – Ekskavator snayperin hədəfindəbackend

Ermənilər Azərbaycan sərhədini atəşə tutdular – Ekskavator snayperin hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, yanvarın əvvəlindən indiyədək DSX_nin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

 

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlı-ğındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhədi xəttindən 450 m məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Facebook Notice for EU! You need to login to view and post FB Comments!