Bu gün Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Editor.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya gətirilən 4 nəfərdən biri də dünyasını dəyişib: “”Semaşko”ya 4 nəfər yaralı gətirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. 17 nəfər isə Sumqayıt Şəhər Xəstəxanasına aparılıb. Onlardan 2-sinə yardım göstərilərək, evə buraxılıb”.