Rusiyanın Moskva şəhərində baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında azərbaycanlılar olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
“Moskvada baş vermiş təyyarə qəzasında ölənlər və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur”, – deyə XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb, 37 nəfər xilas olub.
//Editor.az