Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 557 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°,
Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq, Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti,
dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.