Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İçərişəhərdəki “Tac Mahal” restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: “Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə məsələ həll edildi”.
İş adamı əlavə edib ki, müştəri ona hücum etməyib və restoranda dava-dalaş baş verməyib.
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.
///lent.az