ABŞ AÇIQLADI: Taliban Kabil hava limanına hücuma görə məsuliyyət daşıyan İŞİD liderini öldürübbackend

ABŞ AÇIQLADI: Taliban Kabil hava limanına hücuma görə məsuliyyət daşıyan İŞİD liderini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Kabil hava limanında 183 nəfərin ölümü ilə nəticələnən bombalı hücumu həyata keçirən İŞİD üzvünü Taliban tərəfindən öldürüldüyü açıqlanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi açıqlama verib.

Öldürülən İŞİD üzvünün adını açıqlamayan rəsmi onun təşkilatda yüksək vəzifəyə sahib olduğunu və əsas rol oynadığını bildirib.

Xatırladaq ki, 26 avqust 2021-ci ildə terrorçu Əfqanıstanda Həmid Karzai Beynəlxalq Hava Limanının Abbey Qapısı qarşısında izdihamın içərisinə partlayıcı yerləşdirib və partlayış nəticəsində azı 170 əfqan mülki vətəndaş, 13 ABŞ əsgəri həlak olub.

//Gülnarə Abasova, Editor.az