ABŞ-dan Ukraynaya növbəti DƏSTƏKbackend

ABŞ-dan Ukraynaya növbəti DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi rəsmisi jurnalistlərə açıqlamasında Ukraynanın müharibədəki hərbi ehtiyaclarını ilə bağlı daim kömək etməyə davam edəcəklərini bildirib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynaya döyüş təyyarələrinin verilib-verilməməsi ilə bağlı sualı cavablandıran səlahiyyətli bildirib ki,  döyüş təyyarələri təbii ki, gələcəkdə Ukraynanın ehtiyaclarına uyğun veriləcək.

Digər tərəfdən, müharibənin gedişatını dəyərləndirən rəsmi bildirib ki, Rusiya siyasi və hərbi idarəsi təkcə beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyində deyil, həm də öz ordusunda çox böyük səhvlərə və yanlış hesablamalara yol verib.

Rusiya ordusunun bir çox zəif nöqtələrini gördüklərini ifadə edən rəsmi, ABŞ-ın verdiyi silahların Rusiyanın sərfəli hesab etdiyi Ukraynanın şərqindəki əməliyyatlara təsirinin zamanla daha da aydınlaşdığını bildirib.

//Safura Bənnayeva, Editor.az