ABŞ: Putini ciddiyə alırıq, lakin tədbir görmürük!backend

ABŞ: Putini ciddiyə alırıq, lakin tədbir görmürük!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamalarına çox ciddi yanaşır, lakin öz nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına ehtiyac görmür.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

“Biz, əlbəttə ki, bu təhdidləri çox ciddi qəbul edirik. Lakin hazırda öz nüvə hazırlığı səviyyəmizi dəyişmək üçün heç bir səbəb görmürük”, – sözçü bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini söyləmişdi.