Ağcabədi sakinindən avtomat götürülübbackend

Ağcabədi sakinindən avtomat götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Editor.az-a daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.