Aİ-ni çətin qış gözləyir: Enerjiyə qənaət paketləri təqdim olunacaqbackend

Aİ-ni çətin qış gözləyir: Enerjiyə qənaət paketləri təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan qaynaqlanan qaz böhranı şəraitində enerji istifadəsini azaltmaq üçün məcburi hədəflər Avropa İttifaqının tədbirlər paketinə daxildir. Bundan əlavə, istehlak subsidiyalarında enerji şirkətlərinin gəlirliliyindən istifadə edilməsi də tədbirlər sırasındadır.

Editor.az xarici KİV- ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen məlumat verib. Bildirilib ki, silsilə tədbirlər üzvlər arasında xüsusilə enerjinin kəsilməsi hədəfləri ilə bağlı dərin fikir ayrılıqlarına səbəb olub. Bu fərqlərə baxmayaraq, təklif qəbul olunarsa, enerjidə “hesabat kartı tətbiqi” istiqamətində mühüm addım atılacaq.

Təklif layihəsində elektrik enerjisinin qiymətinin kəskin bahalaşmasının ev təsərrüfatlarına, kiçik və orta sahibkarlara təsir göstərdiyi vurğulanır və tədbir görülmədiyi təqdirdə daha ciddi sosial və iqtisadi ziyanla üzləşə biləcəyi barədə xəbərdarlıq edilir.

//Gülnarə Abasova, Editor.az