Aİ Zelenski ilə Si arasında baş tutan telefon danışığını müsbət qiymətləndiribbackend

Aİ Zelenski ilə Si arasında baş tutan telefon danışığını müsbət qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukrayna prezidenti Volodimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasında telefon danışığını müsbət qiymətləndirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Aİ rəsmisi Brüsseldə jurnalistlərin sözügedən telefon danışığı barədə sualını cavablandırarkən deyib.

Rəsmi Zelenskinin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli sülh təşəbbüsünü dəstəklədiklərini və mümkün sülh danışıqlarının parametrlərinə Ukraynanın qərar verəcəyini vurğulayıb.

Onu da qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri liderlər ilk dəfədir ki, danışır. Si müharibədən sonra dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə görüşsə də hətta Moskvaya getsə də belə Zelenski ilə heç vaxt əlaqə saxlamayıb.  Zelenski bəyan edib ki, o, sülh üçün ərazi güzəştinə getməyəcək və Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir.

//Safura Bənnayeva, Editor.az