Almaniya İrana çağırış edibbackend

Almaniya İrana çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok İranda alman əsilli Cəmşid Şarməhdinin edam hökmünün ləğv edilməsini istəyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazir Tvitter hesabında paylaşım edib.

“Cəmşid Şarməhdin üçün ölüm hökmünün təsdiqlənməsi qəbuledilməzdir. O, heç vaxt ədalətli mühakimə olunmayıb. İranı bu ixtiyari qərarı dərhal ləğv etməyə çağırırıq”,-deyə bildirilib.

Nazir, Berlin və Tehranda Şarməhdin üçün  hökmün icrasına qarşı əllərindən gələni etdiklərinə işarə edərək deyib:

“İrandakı səfirimiz işgüzar səfərini yarımçıq qoyur və İran hakimiyyəti qarşısında tədbir görmək üçün Tehrana qayıdır”.

//Safura Bənnayeva, Editor.az