Anadan DƏHŞƏTLİ ƏMƏL: körpəsini öldürdü, cəsədi isə…backend

Anadan DƏHŞƏTLİ ƏMƏL: körpəsini öldürdü, cəsədi isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Voronej şəhərində ana qorxaraq yeni doğulmuş qızını öldürüb, meyiti atasının məzarına basdırıb, sonra isə polisə təslim olub.

24 yaşlı Qalina təxminən bir ay əvvəl uşaq dünyaya gətirib. Sentyabrın 3-də isə qadın onunla mənzildə tək olarkən körpənin başına vurub. Yaralanma uşaq üçün ölümcül olub. Amma körpə dərhal yox, iki gün sonra ölüb. Ana cinayəti gizlətmək qərarına gəlib. O, qızının cəsədini parçaya bükərək çantada atasının Lesnoye qəbiristanlığındaki məzarına aparıb. Orada onu dəfn edib və evə qayıdıb.

Qadın daha sonra polisə təslim olub. Körpənin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertiza onun qapalı kəllə-beyin travması nəticəsində öldüyünü təsdiqləyib. Ana saxlanılıb, barəsində “Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.

Milli.Az