Anton Geraşenko: proseslər Rusiyanın dağılmasına doğru gedirbackend

Anton Geraşenko: proseslər Rusiyanın dağılmasına doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətindən tələm-tələsik qaçan rus ordusunun “qəhrəmanlıqlarını” müasir dünyada gizlətmək mümkün deyil. İndi heç kim rus ordusunun tərəfində vuruşmaq istəmir, çünki onun qorxaqlığını, bacarıqsızlığını artıq hamı başa düşür.

Editor.az xəbər verir ki, bu barədə Mark Feyqinin efirində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. O xatırladıb ki, Rusiya ordusunda “kadr aclığı” var. Ona görə də Vladimir Putin kəskin addımlara gedir və dövlət korporasiyalarına özəl hərbi şirkətlər yaratmaq barədə əmr verirb. “Açığına desək, işlər Rusiyanın dağılmasına doğru gedir. Əgər Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisindən, o cümlədən Krımdan tam çıxarılması ilə müharibə dayandırılmasa, gələcəkdə bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq. Belə ki, FSB-dən qorxaraq hələlik sakit oturan regional liderləri yavaş-yavaş ayağa qalxmağa başlayacaqlar.

Onların hamısı – Tatarıstan, Başqırdıstan və digər respublikaların rəhbərləri başa düşürlər ki, Putin Rusiyanı uçuruma aparır… Xarkov vilayətində bizim parlaq qələbəmiz ən gözəl nəticəsi odur ki, Putini və onun tərəfdarlarını açıq şəkildə tənqid etməyə başlayıblar”, – Geraşenko bildirib. Onun sözlərinə görə, Rusiyada Putin rejiminin tənqidi Ukrayna Silahlı Qüvvələrinin hər zərbəsi ilə daha da dərinləşəcək. Xerson, Melitopol və Berdyansk azad edildikdən sonra Kremlin təbliğatı tamamilə sıradan çıxacaq. Putin artıq ruslara onların ordusunun dünyada “ən güclü” olduğunu deyə bilməyəcək. Qeraşenko qeyd edib ki, Rusiya təbliğatı artıq öz ritorikasını dəyişir, Xarkov vilayətinin NATO muzdluları tərəfindən azad edildiyini bəyan edir. NATO ilə real müharibə olacağı təqdirdə isə Rusiya ordusu Vladivostoka qədər qaçacaq.

  //Samir,Editor.az