Astarada yaşlı qadının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT – Mərhumun oğlu DANIŞDI – FOTO – VİDEObackend

Astarada yaşlı qadının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT – Mərhumun oğlu DANIŞDI – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Astarada baş verən qətlin üstü açılıb.

Editor.az  “xezerxeber.az”a istinadən xəbər verir ki, Astara Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla rayonun Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı  Şəmkir rayon sakini Bəhruz Suleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mərhum – 77 yaşlı qadının oğlu Əfqan Məmmədov iddia edib ki, qonşuları Şəmkirdən gələn şəxslə birlikdə əvvəlcədən plan qurublar. Fürsət tapan kimi evə giriblər.

Bundan sonra qadın qətlə yetirilib.

Şübhəli şəxslər mərhumun oğlu ilə daha əvvəl Bakıda görüşüblərmiş.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov saxlanıblar.

İbtidai istintaq davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: