Avropa Parlamenti Gürcüstanla vizasız rejimi ləğv etmək istəyirbackend

Avropa Parlamenti Gürcüstanla vizasız rejimi ləğv etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti səs çoxluğu ilə Avropa Komissiyasına Gürcüstan qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunun “Gürcüstanla vizasız rejim sazişinin meyarlarına uyğunluğunu öyrənməyi” tövsiyə edən qətnamə qəbul edib.

Qətnamənin lehinə 425 deputat səs verib. 25 avropalı parlamentari buna qarşı çıxıb. Avropa Komissiyasının vizasız rejimin mümkün ləğvini nəzərdən keçirmək tövsiyəsinə əlavə olaraq, sənəddə Aİ icra hakimiyyətinin digər tövsiyələri də var. Söhbət hakim “Gürcü arzusu” partiyasının təsisçisi, sənəddə “yeganə gürcü oliqarxı” adlandırılan milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən gedir. Həmçinin, “Xarici təsirin şəffaflığı haqqında” qanun ləğv edilənə qədər ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı Tbilisi ilə danışıqların başlanmasına hazırlığın dayandırılması tövsiyə olunur.

Qətnamədə 2021-ci ilin oktyabrından həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələb olunur.

Xatırladaq ki, şengen ölkələri ilə Gürcüstan arasında vizasız rejim haqqında saziş 2017-ci ilin yazında qüvvəyə minib. O vaxtdan bəri müxtəlif mənbələrə görə, 200 mindən 300 minədək Gürcüstan vətəndaşı iş axtarmaq və daimi yaşamaq üçün Aİ-yə köçüb.

//Samir Qurbanov, Editor.az