Azərbaycanda tikintidə bədbəxt hadisə – Fəhlənin qolu qopdubackend

  Azərbaycanda tikintidə bədbəxt hadisə – Fəhlənin qolu qopdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Editor.az report-a istinadla bildirir ki, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.