Bəzi məktəblər hələ də direktorsuz qalıb: Səbəb nədir?- Təhsil ekspertindən AÇIQLAMAbackend

Bəzi məktəblər hələ də direktorsuz qalıb: Səbəb nədir?- Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib ki, əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər”.

Nazir ümumtəhsil müəssisələrində pedaqoji təhsili olmayan direktor olmadığını vurğulayıb və bəzən məktəb direktorunun pedaqoji təhsilinin olmadığına dair yayılan məlumatları da təkzib edib.

“Həmin şəxs sonradan pedaqoji təhsil alıb. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”,-deyə nazir bildirib.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-ın mövzu ilə bağlı suallarını cavablandırıb. O, bildirib ki, məktəblərə direktor seçimi müvafiq prosedur qaydaları əsasında müsabiqə və müsahibə mərhələsi ilə həyata keçirilir:

“Qanunvericilikdə direktor olmaq üçün ən azı 5 illik pedaqoji təcrübə tələb olunur. Elm və Təhsil naziri Emin Əmrullayevin dediyi kimi ixtisasartırma ilə pedaqoji ixtisas dərəcəsi əldə edən şəxslərdən də direktor təyin olunmaq üçün mütləq 5 il təcrübə də tələb olunur. Bu baxımdan kimsə 6 aylıq dövrdə pedaqoji dərəcə əldə edib və 5 il də pedaqoji təcrübəsi varsa həmin şəxsin direktor seçimlərində iştirak etməsi qanunvericiliyi pozmur.Direktorların işə qəbulu tam obyektiv, şəffaf şəkildə həyata keçirilməlidir. Bəzən bu məsələdə neqativ hallar olur. Ölkədə 4440-dan çox tam və orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və burada 1 milyon 600 mindən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 min müəllim məşğuldur. Bu qədər kontingentin idarə edilməsi direktorlara həvalə olunur. Direktor hər məktəbdə müvafiq olaraq öz vəzifələrini, liderlik xüsusiyyətlərini və pedaqoji təcrübəsini tətbiq etməlidir. Bu gün təəssüf ki, Azərbaycanda 800-900-a yaxın məktəbdə hazırda direktor vəzifəsi boş qalıb. Müəllimlər işə qəbul mərhələsində uğur qazansa da çox vaxt müsahibə mərhələsini keçə bilmir. Direktor seçimi önəmli prosesdir”.

//Gülnarə Abasova, Editor.az