Bakıda avtomobilinə yanacaq tökən sürücünün başına dəhşətli hadisə gəldibackend

Bakıda avtomobilinə yanacaq tökən sürücünün başına dəhşətli hadisə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Editor.az  APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Teymurov Ezim Rizvan oğlu avtomobilinə yanacaq tökmək üçün dayanıb.

Bu zaman digər avtomobil onu vurub.

Ağır zərbə nəticəsində E.Teymurov hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.