Bakıda evdə partlayış zamanı yanıq xəsarətləri alan qadın xəstəxanada ölübbackend

Bakıda evdə partlayış zamanı yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda doqquz gün əvvəl evdə partlayış zamanı yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb.

APA xəbər verir ki, oktyabrın 11-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində fərdi yaşayış evində qaz sızmasından baş verən partlayış zamanı yanıq xəsarətləri alan Nurəngiz Ağayeva ötən gecə müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.