Bakıda qaydanı pozan sürücü qəza törətdibackend

Bakıda qaydanı pozan sürücü qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nəsimi rayonunda iki minik avtomobilinin iştirak ilə yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az avtosfer.az-a istinadən bildirir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, Rəhman Əliyev idarə etdiyi, 90-UL-007 qeydiyyat nömrə nişanlı “Hyundai” markalı minik avtomobillə, hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozub və qarşıda hərəkətdə olan, Rəşad Əliverdiyevin sürdüyü 90-ZE-112 qeydiyyat nömrə nişanlı “Niva” markalı maşını arxadan vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Rəşad Əliverdiyev bildirib ki, qəza “Hyundai” sürücüsünün svetoforun qırmızı işığından keçməsi səbəbindən baş verib.