Bakıda qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldıbackend

Bakıda qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda velosiped oğruları yaxalanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək özünə məxsus velosipedin oğurlandığını bildirib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin saxlanılıblar. Saxlanılan şəxslər hadisəni törətdiyini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.