Bakıda sürücülərin mübahisəsi bıçaqlanma ilə nəticələndi – FOTObackend

Bakıda sürücülərin mübahisəsi bıçaqlanma ilə nəticələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda kişi qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub.

Belə ki, 77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsü İzmir Sabuter oğlu Savadovu bıçaqlayıb.