Bakının addımı Moskvanı çaşdırdı – “Artıq Qarabağda…”backend

Bakının addımı Moskvanı çaşdırdı – “Artıq Qarabağda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva artıq Qarabağ məsələsində Azərbaycana qarşı manevr etmək imkanları xaricindədir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Rusiya general-polkovnik Aleksandr Lenstsovu Qarabağa göndərməklə durumu əvvəlki formasına qaytarmağa çalışır. Amma Azərbaycan ordusu ötən gün Laçın və Şuşa istiqamətində bir neçə strateji yüksəkliklərə nəzarəti bərpa etməklə, Rusiyaya öz mesajını verdi. Rəsmi Bakı bununla sülhməramlıların komandirinin dəyişdirilməsinin Azərbaycanın planlarının qarşısını ala bilməyəcəyini göstərdi.

Hesab edirəm ki, Lentsov yenidən Laçın yoluna nəzarəti ələ keçirməyə çalışacaq. Moskvanın əsas hədəfi yolda nəzarət-buraxılış məntəqəsinə nəzarətin sülhməramlılara verilməsidir. Artıq sülhməramlıların yeni komandirinin bu yöndə Azərbaycan nümayəndələri ilə danışıqlar apardığı bildirilir. Azərbaycan isə bu fonda Laçın yolunun başlanğıcında gömrük postunu quraraq, bu və digər məsələlərdə Rusiyaya güzəştə getməyəcəyini nümayiş etdirdi”, – politoloq bildirib.

Məhəmməd Əsədullazadənin fikrincə, Bakıdan istədiklərini ala bilməyən Rusiya sülhməramlıları bölgədə gərginlik yaratmaq üçün silahlı erməni separatçılarını yeni təxribatlara təhrik edə bilər:

“Artıq Rusiya bölgədə manevr meydanının daraldığının fərqindədir. Rusiya sülhməramlıların başına “döyüşkən general” göndərməklə və bu tezisinin ətrafında təbliğatını gücləndirməklə Azərbaycana psixoloji təzyiq etməyə çalışır. Amma Azərbaycanın qəti və birmənalı addımları Moskvanı çaşqın və pat vəziyyətinə saldı. Moskva artıq Qarabağ məsələsində Azərbaycana qarşı manevr etmək imkanları xaricindədir”.

Teleqraf.com