Bərdə sakini Şuşada faciəvi şəkildə öldü – FOTObackend

Bərdə sakini Şuşada faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada qəza nəticəsində bir nəfər həyatını itirib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Şuşa rayon Daşaltı kəndindən keçən hissəsində baş verib.

Belə ki, “HOWO” markalı yük avtombilin sürücüsü Bərdə rayon Hacallı kənd sakini 52 yaşlı Lələşov Həbib Mürşüd oğlu idarə etməni itirməsi nəticəsində, yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Şuşa RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.