Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itiribbackend

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib.

APA-nın yerli müxbiri xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib.

Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.