Biləsuvarda qəza: Yaralananlar var – FOTObackend

Biləsuvarda qəza: Yaralananlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunun Melioratorlar qəsəbəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Mirəli Abasət oğlu Vəliyevin idarə etdiyi “Hundai Santa Fe” və Alim Rzaxan oğlu Vəliyevin VAZ-2109 markalı minik avtomobilləri toqquşub.

Qəzada VAZ-2109 markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Şəfəq Gülağa qızı Tahirova müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.