Britaniya mənbələri: Putin Kraliça Elizabetin dəfn mərasiminə dəvət edilməyibbackend

Britaniya mənbələri: Putin Kraliça Elizabetin dəfn mərasiminə dəvət edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyadakı Whitehall mənbələri Rusiya prezidenti Vladimir Putinin Kraliça Elizabetin dəfn mərasiminə dəvət edilmədiyini açıqlayıb.

Editor.az “The İndependent” ə istinadən xəbər verir ki, Whitehall mənbələri 96 yaşında vəfat edən Kraliça Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasiminə Rusiya da daxil olmaqla, üç ölkənin dövlət başçılarının dəvət edilmədiyini bildirib.

Putinin Kraliça Elizabetin vəfatından sonra verdiyi başsağlığı mesajında ​​bu ifadələr yer alıb: “Bu ağır, düzəlməz itki qarşısında sizə güc diləyirəm. Sizdən dəstəyimi və səmimi başsağlığımı kral ailəsinin üzvlərinə və xalqına çatdırmağınızı xahiş edirəm”.

Kremlin sözçüsü Dimitri Peskov Rusiya prezidentinin kraliçanın dəfn mərasiminə qatılacağının gözlənilmədiyini deyib.

//Gülnarə Abasova, Editor.az