Buna görə xalq artistlərinin fəxri adları əllərindən alınacaqbackend

Buna görə xalq artistlərinin fəxri adları əllərindən alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiklərinə görə “Ukraynanın xalq artisti” titulundan məhrum ediləcəklər.

Editor.az xəbər verir ki, bunu sentyabrın 13-də Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib. “Vurğulamaq və xəbərdarlıq etmək istəyirəm ki, “Ukraynanın xalq artisti” titulundan özlərinə uyğun olanda “qürurla” istifadə edən, lakin Rusiya təcavüzünə dəstək verən və ya bu mövzuda susan bütün sənətçilər tezliklə həmin addan məhrum ediləcəklər” – o, deyib.

Tkaçenkonun sözlərinə görə, “ölkəmizdə bir daha belə “xalq” adamlarının görünməməsi üçün qanunlara müvafiq dəyişikliklər üzərində iş gedir”.

  //Samir,Editor.az