BVF: Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dayanıqlıdırbackend

BVF: Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dayanıqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iqtisadiyyatı Qərb ölkələrinin tətbiq etdiyi sanksiya və ticarət məhdudiyyətlərinə gözlənildiyindən daha dözümlü olduğunu sübut edib.

Editor.az-ın  TASS-a istinadla verdiyi məlumata əsasən  ölkənin ümumi daxili məhsulunun (ÜDM) 0,7% artacağı gözlənilir. Keçən ilin ikinci rübündə baş verən kəskin azalmadan sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə güclü şəkildə bərpa olundu və hasilatın azalmasını 2022-ci il üçün 2,1%-ə endirdi. Lakin sanksiyaların mənfi nəticələri bu il də Rusiya iqtisadiyyatına təsir edə bilər. Bildirilir ki, əsas səbəb Rusiya Federasiyasının ixrac məhsulları olan neft və qazın valyuta qiymətlərinin düşməsi fonunda ölkənin federal büdcəsinə vergi daxilolmalarının kəskin azalması olacaq.

Aprelin 27-də ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel bildirib ki, Rusiya yerli Mərkəzi Bankın (MB) rəhbərliyinin koordinasiyalı fəaliyyəti sayəsində sanksiyaların kəskin nəticələrindən yayına bilib.

//Gülnarə Abasova, Editor.az