Çexiyanın xarici işlər naziri: Rusiya terrorçu dövlət, Lavrov isə təlxəkdirbackend

Çexiyanın xarici işlər naziri: Rusiya terrorçu dövlət, Lavrov isə təlxəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çexiya prezidenti haqqında söylədiyi fikirlərə cavab olaraq rusiyalı diplomatı “təlxək” adlandırıb və bildirib ki, Rusiyanın terrorçu rəhbərliyi tribunal qarşısına çıxarılmalıdır.

Editor.az bildirir ki, bu barədə Lipavski öz Tvitter hesabında yazıb. O qeyd edib ki, “təlxək Lavrovun prezidentimiz Pavel haqqında dedikləri sadəcə gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında qaldırılmalıdır”, – çex diplomat vurğulayıb.

Lipavski Lavrovun hansı bəyanatdan danışdığını dəqiqləşdirməyib. Ola bilsin ki, burada söhbət Çexiya prezidentinin Çinin Ukrayna ilə bağlı mövqeyinin “siyasi normalara uyğun gəlmir” bəyanatından gedir. Buna cavab olaraq Lavrov “bu, normal siyasətçinin işi ilə heç bir əlaqəsi olmayan bəyanatlardır” – demişdi. Çexiya prezidenti Petr Pavel “Politico”ya müsahibəsində əmin olduğunu bildirib ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasında Çinə vasitəçi kimi etibar etmək olmaz, çünki müharibəni davam etdirmək Pekin üçün faydalıdır. Çexiyadan başqa, digər ölkələr də Çinin Rusiya ilə “məhdudiyyətsiz dostluğunu” nəzərə alaraq, neytral vasitəçi kimi çıxış edə biləcəyinə şübhə ilə yanaşır.

  //Samir Qurbanov,Editor.az