“Çin beynəlxalq sanksiyalarla üzləşməkdən çəkindiyi üçün Rusiya ilə hərbi əməkdaşlıqdan qaçır”- Politoloqbackend

“Çin beynəlxalq sanksiyalarla üzləşməkdən çəkindiyi üçün Rusiya ilə hərbi əməkdaşlıqdan qaçır”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, Çin və Şimali Koreya dövlətləri arasında uzun müddətdir ki, çox sıx əlaqələr mövcuddur. Asiyada Pekin, Moskva və Pxenyan faktoru, Cənubi Koreya, Yaponya, ABŞ və Avropa ölkələrinin geosiyasi siyasətinə qarşı çox sıx iş birliyinə malikdir”.

Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Şimali Koreyada hakimiyyətin hələ də dəyişməməsi, sanksiyalara sinə gərməsinin ən böyük səbəbi Rusiya və Çinin o dövlətin yanında olmasıdır:

“Çin Rusiyaya müharibə gedişində silah-sursat vermir, hərbi sahədə heç bir dəstək göstərmir. Bir tərəfdən bunu xarici siyasət konsepsiyasına uyğunlaşdırır. Çünki Çin üçün sərhəd toxunulmazlığı, ərazi bütövlüyü çox vacibdir və yaxşı başa düşür ki, gələcəkdə Tayvan istiqamətində Çinin sərhədlərinə təhdid gələ bilər. Çin özünü indidən sığortalayır. İkincisi isə Çin beynəlxalq sanksiyalarla üzləşməkdən çəkinir və buna görə də Rusiya ilə hərbi əməkdaşlıqdan qaçır. Bu o demək deyil ki, Çin iqtisadi cəhətdən dəstək vermir ya da Ukrayna qarşısında Rusiyanı tək buraxıb. Beynəlxalq müstəvidə Rusiyanı gizli şəkildə dəstəkləyir. Rusiya və Şimali Koreya sıx əlaqədədir. Bundan sonra da belə olacaq. İndiki halda Rusiyanın daha çox dövlətlərdən dəstəyə ehtiyacı var. Təklənmək qarşısındadır. Bu səbəbdən də bəzi ölkələrlə daha çox kontakta girəcək. Bunlardan ikisi Şimali Koreya və İran dövlətləridir”.

//Safura Bənnayeva, Editor.az