Daha bir münaqişə ocağı alovlanır: Qırğızstan-Tacikistan sərhəddində döyüşlər gedirbackend

Daha bir münaqişə ocağı alovlanır: Qırğızstan-Tacikistan sərhəddində döyüşlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi Qırğızıstanın sülh danışıqları təklifini qəbul etmədiyini iddia edir.

Eyni zamanda, Qırğızıstandakı analoji struktur sərhəddə gərgin döyüşlərin davam etdiyini bildirir. Verilən xəbərlərə görə, Tacikistan Qırğızıstana məxsus ərazini ələ keçirmək məqsədilə sərhədə hərbi texnika cəmləşdirir. Lakin Düşənbə münaqişəni diplomatiya yolu ilə həll etmək istədiyini təkid edir.

Editor.az bildirir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb. Həmin məlumata görə, atəşin dayandırılması səylərinə baxmayaraq, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək Qırğızıstan ərazisini atəşə tutur, ərazimizi ələ keçirməyə çalışır. Ölkənin sərhəd xidməti həmçinin bəyan edib ki, tacik hərbçiləri sərhəd münaqişəsində “Qrad” raket sistemlərindən istifadə edir.
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi isə Qırğızıstanı sosial şəbəkələr üzərindən Tacikistan tərəfini gözdən salmaq üçün istifadə etməkdə ittiham edib. “Düşənbənin vəziyyəti sabitləşdirmək cəhdləri uğursuz alınıb”, – nazirlik bildirib.
Bu gün, sentyabrın 16-da KTMT baş katibinin iştirakı ilə Tacikistan və Qırğızıstan Təhlükəsizlik Şurasının katibləri arasında üçtərəfli danışıqlar keçirilib. Görüş zamanı hər iki tərəfin dərhal atəşkəs rejimini dəstəkləməsinə baxmayaraq, silahlı toqquşmalar davam etməkdədir.
Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar başlayıb.

Daha sonra iki ölkənin hakimiyyət orqanları qoşunların daimi dislokasiya yerlərinə qaytarılması barədə razılığa gəliblər. Lakin sentyabrın 16-da səhər saatlarında Qırğızıstan Tacikistan tərəfdən yenidən atəş açıldığını bəyan edib. Bişkek 18 qırğız hərbçisinin yaralandığını, Düşənbə isə iki hərbçinin öldüyünü bildirirlər.

//Samir,Editor.az