“Əl-Qaidə” 11 sentyabr hadisələri ilə bağlı kitab buraxıbbackend

“Əl-Qaidə” 11 sentyabr hadisələri ilə bağlı kitab buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Qaidə” terror təşkilatı 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarına həsr olunmuş kitab nəşr etdirib. Kitabın nəşri hücumların 21-ci ildönümünə təsadüf edir. Müəllifi “Əl-Qaidə”nin liderlərindən biri, 2020-ci ildə İranda öldürülən Əbu Məhəmməd əl-Məsridir.

Kitabda bildirilir ki, “Əl-Qaidə”də ABŞ-a zərbə endirmək ideyası 1996-cı ildə – “Taliban” terror hərəkatı Əfqanıstanda hakimiyyəti ələ alarkən və “Əl-Qaidə” bu ölkəni özünün əsas bazasına çevirəndən sonra meydana çıxıb. ABŞ-a hücumun məqsədi “Əl-Qaidə”nin amerikalıları “uzunmüddətli iflas müharibəsinə” cəlb etmək istəyi ilə bağlı olub. “Vacib və simvolik Amerika binasına” düşəcək mülki təyyarələrin köməyi ilə həyata keçirilən terror aktını “Əl-Qaidə”yə onun əvvəllər pilot kimi çalışmış misirdən olan üzvlərindən biri təklif edib. Qeyd edək ki, 11 sentyabr hücumları ABŞ və onun müttəfiqlərinin qoşunlarının Əfqanıstana daxil olmasına, bir sıra Əl-Qaidə liderlərinin, o cümlədən Üsamə bin Ladenin məhv edilməsinə səbəb olmuşdu.

  //Samir,Editor.az