Elektrikin bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvələr cəlb olunub-FOTObackend

Elektrikin bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvələr cəlb olunub-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb.

“Report”un məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə təmizlənmə tədbirləri görülüb.

Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq, mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirilir.

Bəzi ərazilərdə elektrik və rabitə xətlərində baş verən qəzaların fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün Bakı şəhərindən rayona texnika və canlı qüvvələr cəlb olunub. Hazırda müvafiq qurumlar tərəfindən işlər aparılır.